Böyük Britaniyanın baş nazirinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

siyaset
27-05-2016, 14:13 827
Böyük Britaniyanın baş nazirinin xüsusi nümayəndəsi Azərbaycana gələcək
"Böyük Britaniyanın baş nazirinin xüsusi nümayəndəsi baronessa Emma Nikolson mayın 31-dən iyunun 6-dək Azərbaycanda olacaq".
Bunu Trend-ə Böyük Britaniyanın Bakıdakı səfirliyindən deyiblər.
Baronessa Emma Nikolson 1-4 iyun tarixlərində Bakıda keçiriləcək 23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək.