Ölkə rəhbərliyi bir arada - Fotolar

medeniyyet
26-04-2016, 14:11 1257
Ölkə rəhbərliyi bir arada - Fotolar
Bu gün BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2-ci gününə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, foruma Azərbaycandan nazirlər, millət vəkililləri qatılıb.
Qeyd edək ki, forumun açılışında prezident İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın çıxışı gözlənilir.
"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir.
Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantının, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır. Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.