Görkəmli bəstəkar Vasif Adıgözəlova həsr edilmiş elmi konfrans keçiriləcək

medeniyyet
21-08-2015, 15:12 873
Görkəmli bəstəkar Vasif Adıgözəlova  həsr edilmiş elmi konfrans keçiriləcək Oktyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr edilmiş elmi konfrans keçiriləcək.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda sənətkarın həyat və fəaliyyəti ilə yanaşı, yaradıcılığına həsr olunmuş məruzələr də dinləniləcək. Həmçinin görkəmli sənətkara həsr olunmuş kamera konsertinin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncamına uyğun olaraq artıq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirilməsinə başlanılıb