“Mənim günahım” tamaşası hazırlanır

medeniyyet
20-04-2016, 13:11 1149
“Mənim günahım” tamaşası hazırlanır
Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında yeni tamaşa hazırlanır. Teatrdan verilən məlumata görə, bu əsərin səhnələşdirilməsi ideyası teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevə məxsusdur.
Səhnə əsəri məşhur bəstəkar Qara Qarayevin balet musiqisi əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Elnur Axundov, drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysteri Leyla Ağayeva, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.
“Mənim günahım”da baş rolu Nurcahan obrazını xalq artisti Şükufə Yusupova canlandıracaq.