Belarus AZAL-ın qarşısında şərt qoyub

iqtisadiyyat
6-04-2016, 15:55 939
Belarus AZAL-ın qarşısında şərt qoyub
Belarus Azərbaycanla hava əlaqəsini kəsmək istəyir.
Biz bu gün qiymətləri aşağı salmaq istəyirik. Bu gün biz (AZAL-red.) Belarusdan məktub almışıq. Belarus aprelin 15-dən Azərbaycanın həmin ölkəyə uçuşlarını bağlamaq istəyir.
Bu sözləri jurnalsitlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.
Məktubda qeyd olunur ki, Azərbaycan biletləri ucuz satır. Ucuz satılan biletlərin də problemi çıxır.
Belarus hökuməti qeyd edir ki, əvvəl bizimlə qiymətləri razılaşdırın, rəqabət apardığınız şirkətlər ilə problem yaratmayın, ya da biz ucuzları dayandıracağıq.
Əlbəttə, biz səfirlik yolu ilə Azərbaycanın həmin ölkədə fəaliyyət göstərən İqtisadiyyat Komissiyasına müraciət edəcəyik.
Biz çalışacağıq ki, Azərbaycan ilə Minsk (Belarusun paytaxtı) arasında hava əlaqəsi kəsilməsin.