Neft 41 dolları keçdi

iqtisadiyyat
18-03-2016, 10:11 1020
Neft 41 dolları keçdi Dünya birjalarında neftin qiyməti 41 dolları ötüb.Hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 41.43 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən gün 39.21 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 40.18 dollar müəyyən olunub.
Ötən gün AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,50 dollar bahalaşaraq 41,10 dollar təşkil edib.
Dünya bazarında 18.03.16 tarixində neftin qiyməti
Dünya bazarında 18.03.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,64 dollar olub. Platinin 1 qramı 31.81 dollar, palladiumun 1 qramı isə 18.68 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.51 dollar müəyyənləşib.
Dünya bazarında 18.03.16 tarixində əlvan metalların qiyməti