Neftin qiymətində stabillikdir

iqtisadiyyat
14-03-2016, 10:39 991
Neftin qiymətində stabillikdir Əlvan metalın qiymətində cüzi ucuzlaşma qeydə alınıb.
Dünya birjalarında neftin qiyməti stabil qalıb. Hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti ötən həftə sonu olan dəyərini qoruyaraq 40.39 dollara satılır.
“WTI” markalı neftin qiymətində cüzi ucuzlaşma qeydə alınıb. Ötən həftə sonu 38.50 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.37 dollar müəyyən olunub.
Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 40,24 dollar təşkil edib.
Dünya bazarında 14.03.16 tarixində neftin qiyməti
Dünya bazarında 14.03.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 40,37 dollar olub. Platinin 1 qramı 30.90 dollar, palladiumun 1 qramı isə 18.47 dollar olub. Gümüşün qiyməti cüzi düşüş ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.
Dünya bazarında 14.03.16 tarixində əlvan metalların qiyməti
Dünya bazarında 14.03.16 tarixində əlvan metalların qiyməti
AMB-dən verilən məlumata görə, 11.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,6456 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.8379 manat, Rusiya rublu isə bahalaşaraq 0.0231 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3488 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5635 AZN dəyərində müəyyənləşib.
Valyutanın məzənnəsi
Valyutanın məzənnəsi
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 14.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6411 səviyyəsində müəyyən olunub.