Rusiya erməniləri məyus etdi - `Erməni soyqırımı` rədd edildi

maraqli
11-03-2016, 13:52 2230
Rusiya erməniləri məyus etdi - `Erməni soyqırımı` rədd edildi Rusiya Dövlət Dumasının Şurası “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib.
Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev deyib: “Sənədin geri qaytarılmasına səbəb kimi qanun layihəsinin hökumət və Ali Məhkəmə tərəfindən baxılma müddətinin pozulması göstərilib”.
Qeyd edək ki, ötən il Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsi təqdim edilib. Layihənin müəllifləri Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev və “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov olub.
Qanun layihəsi rəsmi rəy almaq Rusiya hökumətinə və Ali Məhkəməyə üçün göndərilib. Hər iki qurumun qanun layihəsi ilə bağlı rəyi mənfi olub.