ADMİU “Şəhər və teatr” elmi-praktiki konfrans öz işinə başlayıb.

maraqli
10-03-2016, 12:37 1043
ADMİU “Şəhər və teatr” elmi-praktiki konfrans öz işinə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Milli teatr gününə həsr olunmuş “Şəhər və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib. Ədəbiyyat İnstitutunun elektron konfrans zalında baş tutan konfransın açılışını Universitetin rektoru professor
ADMİU “Şəhər və teatr” elmi-praktiki konfrans öz işinə başlayıb.
Fərəh Əliyeva edib. O qonaqları salamlayaraq, aktual mövzuya həsr olunan bu konfransın belə iri miqyaslı keçirilməsinin zəruri olduğunu vurğulayıb. O konfransı keçirməkdə məqsədin teatr problemlərinin, indiyədək qaldırılmayan bir sıra məsələləri XXI əsrin reallıqları fonunda araşdırmaq olduğunu deyib. İki seksiyadan ibarət olan konfransda ümumilikdə 40-a yaxın alim, mütəxəssis mövzu ilə bağlı biri-birindən maraqlı mühazirələrlə çıxış edib. Çıxışçılar arasında ADMİU-nun professor-müəllim, doktorant, dissertant və magistrləri ilə yanaşı, AMEA-nun üzvləri, Azərbaycan Dövlət Teatrlarıpnın nümayəndələri və eləcə də xaricdən dəvət olunmuş qonaqlar da olub.