Sərkisyan Putinlə görüşə gedir

maraqli
9-03-2016, 13:25 1231
Sərkisyan Putinlə görüşə gedir Sabah Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyanla görüşəcək.
Bu barədə informasiya Rusiya prezidentinin rəsmi saytında yer alıb.
Görüş zamanı ticarət-investisiya, energetika və humanitar sferalarda müzakirələr aparılacaq. Danışıqlarda Dağlıq Qarabağ konfliktinə xüsusi diqqətin ayrılacağı planlaşdırılır.
Qeyd edək ki, sabah Sərkisyan Moskvaya rəsmi səfər edəcək.