Müdafiə nazirindən bayram jesti

maraqli
25-02-2016, 10:18 1133
Müdafiə nazirindən bayram jesti Bütün hərbi hissələrdə yenidən "açıq qapı" olacaq.
Azərbaycanda hərbi hissələrdə "Açıq qapı" günü olacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.
Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Yeni il ərəfəsində Qusarda keçirilən "Açıq qapı"
Yeni il ərəfəsində Qusarda keçirilən "Açıq qapı"
Zakir Həsənov əsgər analarına söz verdi
İlk dəfə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabrda keçirilib.
"Açıq qapı" günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə ediblər.
Hərbi hissədə keçirilən "Açıq qapı"da müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyətidə iştirak edib. Müdafiə naziri əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb. Əsgər valideynləri ilə səmimi söhbət edən Z.Həsənov onları maraqlandıran sualları cavablandırıb. Nazir qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa, istədikləri vaxt nazirliyə müraciət edə bilərlər.