Di Kaprionun arzusu ürəyində qala bilər

medeniyyet
12-02-2016, 06:15 993
Di Kaprionun arzusu ürəyində qala bilər Mattiasın kastinqlərə çağırılması haqda hələki heç bir məlumat yoxdur.
Hollivudda Rusiya prezidenti Vladimir Putin rolunu canlandırmaq üçün əsas namizəd hesab edilən Leonardo Di Kaprionun rəqibi peyda olub.
Rusiya prezidentinə oxşarlığı ilə seçilən 38 yaşlı Mattias Şonartsdır.
Mattias Şonartsın və Vladimir Putin
Tom Huperin “Danimarkalı qız” filmində oynadığı ikinci dərəcəli roldan sonra Mattias Şonartsın Hollivudda Rusiya liderinə oxşarlığı ciddi şəkildə müzakirə olunmağa başlayıb.
Belçikalı aktyor təkcə şıq geyinmiş kostyumu ilə və üz cizgilərinə görə deyil, eynilə milyonlarla rusiyalının yaxşı bələd olduğu liderə mimikaları ilə də bənzəyir.
Bundan sonra Di Kaprionun Putin rolunu canlandıracağı böyük sual altına düşmüş olur. Mattiasın kastinqlərə çağırılması haqda hələ ki, heç bir məlumat yoxdur. Qeyd edilib ki, Şonartsın Amerika Kinomotoqrafiya insitutunun təqdim etdiyi Acting Award Prize mükafatından başqa heç bir mükafatı yoxdur.