"Panatinaikos" Bakıya hansı heyətlə gəlir?

idman
19-08-2015, 15:15 803
"Panatinaikos" Bakıya hansı heyətlə gəlir? "Panatinaikos"un Bakıya gələcəyi heyət açıqlanıb. Fanat.az хəbər verir ki, Yunanıstan klubu ölkəmizə 20 futbolçu ilə gəlir.
"Panatinaikos"un heyətində 3 qarıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi, 3 hücumçu yer alıb. "Qəbələ"nin rəqibi "Nyukasl"dan 1 milyon avroya transfer etdiyi Mehdi Abedini də paytaхtımıza gətirir. Əvəzində Kostas Triantafillopulos, Serxio Sançes, Xristos Burbos, Maykl Essyen və Viktor Klonaridis heyətdə yer almayıb.
Qeyd edək ki, “Qəbələ” - “Panatinaikos” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21.00-da başlayacaq.
Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos.
Müdafiəçilər: 3. Diamantis Koçumis, 20. Statis Tavlaridis, 21. Nano, 4. Georgios Kotrumbis, 12. Nikos Marinakis, 25. Rasmus Telander.
Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis.
Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç.