Nazir xarici ölkələrin səfirləri ilə görüşdü

medeniyyet
27-01-2016, 06:41 1194
Nazir xarici ölkələrin səfirləri ilə görüşdü Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav Pivonka və Beybit İsabayevi qəbul edib.
Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulanıb.
azir Ə. Qarayev səfirlərə 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında N
Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və bildirilib ki, gələcəkdə də ölkələr arasında musiqi festivallarının, birgə mədəniyyət günlərinin keçirilməsi, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.