ABŞ nefti 40 ildən sonra Avropaya çatdı

maraqli
22-01-2016, 05:58 1095
ABŞ nefti 40 ildən sonra Avropaya çatdı Xam neftin, “Vitor” firması tərəfdinfən İsveçrədəki neftayırma zavoduna göndərilməsi gözlənilir.
ABŞ-ın ixrac etdiyi xam neft 40 illik fasilədən sonra ilk dəfə Avropaya çatıb. Teksasdan “Liquid American Freedom” adlı tanker gəmisi ilə yola salınan neft Fransa Marsel şəhərinin “Los-Laver” limanına yanaşıb.
Amerikanın “Enterprise Products Partners” şirkəti tərəfindən satılan xam neftin, “Vitor” firması tərəfdinfən İsveçrədəki neftayırma zavoduna göndərilməsi gözlənilir.
ABŞ prezidenti Barak Obamanın neft ixracatına qoyulan qadağanı ləğv edən layihəni ötən ilin sonunda imzalamasından sonra xarici ölkəyə ilk neft satışı beləcə həyata keçirilmiş oldu.
1970-ci ildə dünyada yaşanan neft böhranından sonra həmin dövrün ABŞ prezidenti Cerald Ford ölkəsinin xaricdən enerji asılılığını azaltmaq üçün neft ixracına qadağa qoyan qanun layihəsini imzalamışdı.
Son dövrlərdə neft istehsalçıları və bəzi parlamentarilər neft ixracına qoyulan qadağanın ləğv olunması üçün səy göstərmişdilər.