Əhməd Davudoğlu yayı çəkdi, oxu atdı

maraqli
11-01-2016, 05:55 1013
Əhməd Davudoğlu yayı çəkdi, oxu atdı Türkiyənin baş naziri yeniçəri paltarı ilə ox atıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu osmanlı kaftanı geyinərək ox atıb.
Hadisə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 24-cü müzakirə və dəyərləndirmə iclasının keçirildiyi Afyonkarahisar şəhərində baş verib.
İclas Afyonkarahisardakı “Oxçular” vəqfində keçirilib. Burda baş nazir Əhməd Davudoğlu fasilə zamanı dədə-baba idman növü ilə yorğunluğunu çıxarmağa çalışıb. Belə ki, osmanlı kaftanı geyinərən Davudoğlu mütəxəssislərin təlimi ilə ox atıb.
Türkiyədə siyasi partyiyaların istirahət mərkəzlərindən birində vaxtaşırı müzakirə və dəyərləndirmə toplantısı keçirmə ənənəsi var. Bu vaxt partiya idarə heyətinin üzvləri və millət vəkilləri həmin toplantılar zamanı həm dincəlir, həm də fikir mübadiləsi aparırlar.