Ağcaqanadlardan qoruyan köynək yaradıldı

arasdirma
19-08-2015, 09:55 727
Ağcaqanadlardan qoruyan köynək yaradıldı İspaniyanın “STINGBye” tekstil şirkəti ağcaqanad, gənə, taxtabiti və başqa həşəratlardan qoruyan futbol köynəkləri istehsal edib.
Şirkət 4 ilini beynəlxalq laboratoriyalarda texnologiyaların tədqiqatına həsr edib.
Bu ilin iyun ayında köynəklərin birinci partiyası satış üçün İspaniyanın 80 aptekinə çatdırılıb.
Qeyri-adi geyimin tərkibində permetrin maddəsi var ki, bu da həşəratları qovmağa kömək edir.
“STINGBye” artıq İsveçrənin “Sanitized” şirkətindən beynəlxalq keyfiyyət sertifikatı alıb.