Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı” əsəri - III yazı

yazarlar
5-01-2016, 06:17 1635
 Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı” əsəri - III yazı Moris Meterlink arılarda hər şeyin təkmil olmaması barədə də öz müşahidələrini yazır: “Nəzərdən keçirdiyimiz ideyanın ev arılarında mükəmməl şəkil almasına baxmayaraq, yuvanın qüsursuz olduğunu iddia etmək doğru olmazdı. Şübhəsiz, altıguşəli hücrə arı sənətinin şedevridir. Onlar sözün əsl mənasında mükəmməl bir əsər yaradıblar və əgər dünyanın bütün dahiləri yığışsaydı, burda nəyisə dəyişdirməyə lüzum görməzdilər. Arıların öz sahəsində yaratdığı şeyi insan belə yarada bilməyib. Əgər başqa bir dünyadan gəlib bizdən məntiqi mükəmməl şəkildə təcəssüm etdirən bir predmet göstərməyi xahiş etsəydilər, onlara arı pətəyinin bir hissəsini göstərmək olardı.
Lakin arılarda heç də hər şey pətəklərdəki kimi təkmil deyil. Biz yuxarıda bəzən aşkar, bəzən gizli çatışmazlıqlar və boşluqlar haqqında danışmışdıq; məsələn, erkək arıların lazımsız say çoxluğu və onların müftəxor həyat sürməsi, partenogenez, nikah uçuşunu müşayiət edən təhlükələr, aralıqsız beçəvermə, mərhəmət hissinin yoxluğu və amansızcasına fərdin kollektivə qurban verilməsi. Arıların lazım olduğundan artıq çiçək tozu tədarük etməsini də buraya əlavə etmək lazımdır. Axı istifadəsiz qalan bu qida ehtiyatı tezliklə quruyur, xarab olur və artıq yer tutur. Birinci beçəvermə ilə ikinci məlikənin mayalanması arasında keçən müddət ərzində hökm sürən ikihakimiyyətliliyi də xatırlamaq lazım gəlir. Bu cür misalların sayını kifayət qədər artırmaq olar. Ancaq arıların faciəsi ilə nəticələnən ən ciddi çatışmazlıq təkrar beçəvermə ilə bağlıdır. Burada bir məqamı unutmaq olmaz: insan əhliləşdirilmiş arıların təbii seçiminə minilliklər boyu mane olmuşdur. Fironların zamanındakı Misir arıçılarından başlayaraq indiki kəndlilərə qədər bu sahədə çalışanların hamısı arıların mənfəətini və istəklərini gözardı edib. Ən yaxşı arı yuvası yay girdikdən sonra yalnız bir dəfə beçə verən yuva sayılır. Bu beçəvermə ilə arıların analıq hissi təmin olunur, məlikə yenilənir, varislik gözlənir. Bununla da yuvanı vaxtından əvvəl tərk etmiş beçənin gələcəyi təminat altına alınır. Çünki onun yaxşı yuva qurmaq və qida ehtiyatı toplamaq üçün kifayət qədər vaxtı olur. Əlbəttə, başlı-başına buraxılmış arıların bir qismi müxtəlif həşəratların bütün koloniyasını məhv edən qış mövsümünü birtəhər başa vura bilərdi və beləliklə, məhdud beçəvermə qanunu tədricən bizim şimal ölkələrində özünə zəmin tapardı. Ancaq insan məhz bu ehtiyatlı, zəngin və mühitə uyğunlaşmış arıların yuvasını xaraba qoyur. Arıçı yuvanın bal ehtiyatlarını götürdükdən sonra buradakı heydən düşmüş koloniyanın vəziyyəti tamamilə ağırlaşır. Arıların qışı başa vura bilməsi üçün onlara keyfiyyətsiz bal verməli olurlar. Nəticədə bütün irq zəif düşür. Yəqin ki, hədsiz beçəverməyə meyil də bununla əlaqədardır. Hazırda bütün əhliləşdirilmiş arılar, xüsusən də qara arılar böyük intensivliklə beçə verirlər. Bir neçə il bundan əvvəl arıçılar bu təhlükəli vərdişlər əleyhinə mobilistik üsullarla mübarizə aparmağa başladılar. Öküz, qoyun, it, göyərçin və bu kimi ev heyvanlarının süni seçimi ilə bağlı əldə olunan uğurlar belə düşünməyə əsas verir ki, yaxın zamanlarda yeni arı cinsi yaradılacaq və bu arılar təbii beçəvermədən tamamilə imtina edərək bütün diqqəti bal və çiçək tozu toplamağa yönəldəcək” (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 175-176).
Moris Meterlink arıda intellektin olub-olmaması ilə bağlı qəti hökm vermir. Bu barədə yazır: “Bəs digər çatışmazlıqlar? Birgəyaşayışın üstünlüklərini yaxşı dərk edən intellekt niyə də bu çatışmazlıqlardan azad olmasın? Həm yuvanın özündəki sirli səbəblərdən, həm də qismən bizim səhvlərimizdən qaynaqlanan çatışmazlıqlar haqqında çox danışmaq olar. Ancaq arıda intellektin olub-olmaması ilə bağlı bəlli olan məlumatlara əsasən qoy hər kəsin özü qərar versin. Mən arıları müdafiə etməyə səsləmirəm. Şəxsən mənə elə gəlir ki, onlar bəzi hallarda ağıl nümayiş etdirirlər. Amma davranışları qeyri-şüuri olsaydı belə, onlara marağım azalmayacaqdı. Soyuq, aclıq, ölüm, əlverişsiz hava şəraiti, tənhalıq kimi canlı materiyanın bütün düşmənləri ilə mübarizədə beyinin hansı üsullardan istifadə etdiyini izləmək çox maraqlıdır. Bu kiçicik varlıqlar instinktin hüdudlarını aşmadan, adi işlər görərək necə həyatda qala bilirlər? Adi və möcüzəvi təzahürlər təbiətin qoynunda bir araya gətirilir, bir-biri ilə çulğaşır. Ancaq bizim diqqətimizi çəkən, həyatımıza rəng qatan, fikirlərimizi, hisslərimizi və nitqimizi daha anlaşıqlı məcraya yönəldən şeylər necə gəldi adlandırılmış predmetlər yox, dərk edə bilmədiyimiz, müəmmalı məsələlər olmalıdır. Müdriklik məhz bunu tələb edir” (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 176-177).
Moris Meterlink arıların nöqsanı haqqında hökm verə bilmək səviyyəsində məlumatlı olmadığımızı da söyləyir. O yazır: “Bundan başqa, öz intellektimizə əsaslanaraq arıların nöqsanları haqqında hökm verə bilmək üçün o qədər də çox məlumatlı deyilik. Bizim öz intellektimiz də yanlışlıqlardan və çatışmazlıqlardan xali deyil və uzun müddətdir ki, onlarla mübarizə aparmaq üçün təsirli vasitələr tapa bilmir. Əslində, xalis şüur qanunlarına görə, taleyin hökmü ilə şüurlu şəkildə cəmiyyət qura biləcək bir varlıq varsa, o da insandır. Bununla belə, insanın necə bir cəmiyyət qurduğuna baxın və arı yuvasındakı çatışmazlıqlarla insan cəmiyyətinin yanlışlıqları arasında müqayisələr aparın. Əgər biz insanları müşahidə edən arıların yerində olsaydıq, xeyli təəccüblənərdik; məsələn, bir çox hallarda ağlının imkanlarından çox gözəl yararlanan insan əmək prosesini səmərəli və ədalətlə təşkil edə bilmir. Ümumi həyatın mənbəyi olan torpaq çox pis becərilir. Bu işlə yalnız onda biri və ya onda ikisi məşğul olur. Əhalinin tamamilə müftəxor həyat sürən onda biri onların əməyinin bəhrəsini mənimsəyir, yerdə qalanlar isə daim əzab-əziyyətə, ağır zəhmətə qatlaşır və heç vaxt öz əməklərinin bəhrəsini dadmırlar. Görünür, onların əməyi yalnız müftəxorların həyatının daha müəmmalı, daha anlaşılmaz olmasına xidmət edir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, ağıl və mənəvi şüur bizə tamamilə yad sferalara istinad edir və bu insanların əldə rəhbər tutduğu prinsipləri haçansa başa düşəcəyimizə ümid bəsləməməliyik. Ancaq gəlin çox da dərinə getməyək. Biz öz çatışmazlıqlarımızı bilirik, amma bir həqiqət də var ki, bu, demək olar, heç nəyi dəyişdirmir. Yüz ildə bir dəfə, adda-budda kimsə təəccübdən gözünü döyə-döyə dərin yuxudan oyanır, başını üstünə qoyub yatdığı qolunun üyüşüyünü açır, yerini rahatlayıb yenidən yuxuya dalır və bədəni üyüşməyənə kimi ayılmır”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 177-178).

Moris Meterlinkin əsərində düşündürücü məqamlar çoxdur. Hətta cəmiyyətin faydalanacağı məqamlar da az deyil. Məsələn, onun istinad etdiyi bu fikir: “Batıb gedən ölkədə varlı-hallı fərd olmaqdansa, çiçəklənən ölkənin kasıb vətəndaşı olmaq yaxşıdır”. Moris Meterlink yazır: “Əgər arılar ətrafı bürümüş zülmətdə zəif bir işıq yandırsalar belə, bu kifayətdir ki, bizim ehtiraslarımıza və müqəddəratımızla bağlı təkəbbürlü fikirlərimizə həm yaxın, həm də uzaq olan bu kiçik varlıqların həyatını və vərdişlərini öyrəndiyimiz vaxta görə təəssüf hissi keçirtməyək”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 179).
Bu əsərin ideyası onu söyləməyə əsas verir ki, qarışqaların, lap milçəklərin də həyatından yazılmalıdır. Ümumiyyətlə, heyvanat aləmindən və bitkilər aləmindən də müşahidələr əsasında yazmağa ehtiyac var. Onların hamısı təbiətin maddi hissəsi kimi çox maraqlıdır.
Digər məqalələr
• Sükutu pozan poeziya (05.01.2016, 09:43)
• Sükutu pozan poeziya - II yazı (05.01.2016, 09:43)
• Azərbaycanda tələbələrin problemlərini necə həll etməli - TƏKLİFLƏR (05.01.2016, 09:43)
• Yaşamaq istəyən adam (05.01.2016, 09:43)
• Mirzə İbrahimovun jurnalistlə əhvalatı… (05.01.2016, 09:43)
• Bədii ədəbiyyat oxumaq barədə vahid tələblər qoyulmalıdır (05.01.2016, 09:43)
• Mir Cəlalla Mehdi Hüseynin zarafatı (05.01.2016, 09:43)
• Hər şeydən yazan Mirzə Cəlil... (05.01.2016, 09:43)
• Molla kitab açır (05.01.2016, 09:43)
• Azərbaycanda orfoqrafiya məsələsi - bunları bilmək vacibdir... (05.01.2016, 09:43)
• Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Ən vacib hədəflər (05.01.2016, 09:43)
• Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfi (05.01.2016, 09:43)
• Azərbaycan dilini pinti şəkildə təqdim edənlər... (05.01.2016, 09:43)
• Azərbaycan dilində olan xoşagəlməz meyllər: Onların qarşısını almaq yolları (05.01.2016, 09:43)
• Qılman İlkinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlılığı (05.01.2016, 09:43)
• Qılman İlkinin Mircəfər Bağırovla görüşü - Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası niyə baş tutmadı (05.01.2016, 09:43)
• Azərbaycan dilinin genetik kökləri (05.01.2016, 09:43)
• Azərbaycan dilinin genetik kökləri - II Məqalə (05.01.2016, 09:43)
• Azərbaycan dilinin genetik kökləri - III Məqalə (05.01.2016, 09:43)
• Qılman İlkin, xeyirxahlar və bədxahlar... (05.01.2016, 09:43)
• Əziz dost, nə vaxt qayıdıb gələcəksən?! (05.01.2016, 09:43)
• İnsan sığınacaqlara doğru tələsir (05.01.2016, 09:43)
• Mahir Qabiloğlu: Heminquey, yoxsa kefli İsgəndər? (05.01.2016, 09:43)
• Tarix insanların gözünü qamaşdırır (05.01.2016, 09:43)
• Vaqif Səmədoğlunun çıxışı və diqqəti cəlb edən bəzi məqamlar (05.01.2016, 09:43)
• Həyat əbədi olmadığı kimi gözəllik də əbədi deyil (05.01.2016, 09:43)
• Geniş məkanda işlənən dil də ziyan çəkə bilər (05.01.2016, 09:43)
• Yazı mədəniyyəti barədə (05.01.2016, 09:43)
• Yazı mədəniyyəti barədə (05.01.2016, 09:43)
• Yazı mədəniyyəti barədə - III Məqalə (05.01.2016, 09:43)
• Azərbaycan Dilçilər Birliyinin yaradılmasına böyük ehtiyac var (05.01.2016, 09:43)
• İnsan ömrü nəyə sərf olunur? (05.01.2016, 09:43)
• Yaxşı və pis, arzu və istək, sevgi və məhəbbət (05.01.2016, 09:43)
• İnsan bunları bilməlidir (05.01.2016, 09:43)
• Ernest Heminquey: roman, povest hekayə müəllifliyindən Nobel mükafatına (05.01.2016, 09:43)
• “Nuh tufanı və Gəmiqaya - Qobustan əlifbası” - I məqalə (05.01.2016, 09:43)
• “Nuh tufanı və Gəmiqaya - Qobustan əlifbası” - II Məqalə (05.01.2016, 09:43)
• Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim - I yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - II yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - III yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən- siz, o - onlar barədə deyimlərim - IV yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - V yazı (05.01.2016, 09:43)
• Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim –VI yazı (05.01.2016, 09:43)
• Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim - VII yazı (05.01.2016, 09:43)
• Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim - VIII yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən- siz, o- onlar barədə deyimlərim - IX yazı (05.01.2016, 09:43)
• Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim-X yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - XI yazı (05.01.2016, 09:43)
• Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - XII yazı (05.01.2016, 09:43)
• Diri ikən özlərinə qəbir qazdıranlar... (05.01.2016, 09:43)
• Bədxahlıqlarını “şöhrət” hesab edənlərə (05.01.2016, 09:43)
• Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - I yazı (05.01.2016, 09:43)
• Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - II yazı (05.01.2016, 09:43)
• Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - III yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - I yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - II yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - III yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - IV yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - V yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - VI yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - VII yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - VIII yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - IX yazı (05.01.2016, 09:43)
• Nitq mədəniyyəti barədə - X yazı (05.01.2016, 09:43)
• “Kitabi-Dədə Qorqud”: oxuduqlarım, gördüklərim, eşitdiklərim (05.01.2016, 09:43)
• Tarixi yaşadan daşlar - I Yazı (05.01.2016, 09:43)
• Tarixi yaşadan daşlar - II yazı (05.01.2016, 09:43)
• Tarixi yaşadan daşlar - III yazı (05.01.2016, 09:43)
• Tarixi yaşadan daşlar - IV yazı (05.01.2016, 09:43)
• “Koroğlu” dastanında bəzi təhriflər barədə (05.01.2016, 09:43)
• Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı” əsəri - I yazı (05.01.2016, 09:43)
• Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı” əsəri - II yazı (05.01.2016, 09:43)