Azərbaycan Beynəlxalq Kitab yarmarkasında iştirak edəcək

medeniyyet
14-08-2015, 13:20 981
Azərbaycan Beynəlxalq Kitab yarmarkasında iştirak edəcək Mədəniyyət və Turizm Nazirliyi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq. Bu barədə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, sərgi sentyabrın 2-dən 6-dək keçiriləcək.
Sərgi çərçivəsində beynəlxalq "Kitab Sənəti" müsabiqəsində qalib gələn Azərbaycan kitablarının mükafatlandırma mərasimində iştirakı planlaşdırılır.
Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.