“Milan”ın futbolçusu hədələnir – “Cənazənə az qalıb”

idman
14-08-2015, 11:19 830
“Milan”ın futbolçusu hədələnir – “Cənazənə az qalıb” İtaliyanın "Milan" klubunun "Roma"dan transfer etdiyi Alessio Romaqnoli paytaxt klubunun fanatları tərəfindən hədələnib.
Buna səbəb müdafiəçinin Romanın digər təmsilçisi “Latsio”ya azarkeşlik etməsidir.
İtaliyanın məşhur “La Gazetta dello Sport” nəşrinin yazdığına görə Romaqnoli “Milan”a keçidi zamanı 13 nömrəli formanı seçməsi də bunda rol oynayıb.
Nəticədə azarkeşlər onun evinin yaxınlığındakı binaların üzərinə “Axmaq Romaqnoli, cənazənə az qalıb”, “Axmaq “Latsio”lu Romaqnoli” kimi şüarlar yazıblar.