Kubok oyununda 13 cavabsız qol

idman
14-08-2015, 10:17 1024
Kubok oyununda 13 cavabsız qol Misirin ölkə kubokunun 1/16 finalında keçirilən "Əl-Əhli" - "El Qouna" oyununda maraqlı hesab qeydə alınıb.
Qol.az-ın məlumatına görə, meydan sahibləri birinci divizion təmsilçisinin qapısından 13 cavabsız qol keçiriblər.
"Əl-Əhli" bu qələbə ilə 1/8 finala yüksəlib.
Oyunda yadda qalan məqamlardan biri də qonaq komandanın heyətində 14 yaşlı futbolçu Zyad Əl Şehifinin meydana çıxması olub.