Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə

edebiyyat
29-12-2023, 20:59 635
Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakı şəhərində anadan olub. O, ədəbi fəaliyyətinə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsi 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. Əzizə Cəfərzadə nəsr əsərlərini əsasən roman janrında qələmə almışdır. Onun “Aləmdə səsim var mənim”(1973-1978), “Yad et məni”(1980), “Bakı -1501”(1981), “Eldən-elə”(1992), “Gülüstan” dan öncə”(1996), “Rübabə sultanım”(2001), “Eşq sultanı” romanları və eləcə də bir çox başqa əsərləri Azərbaycan xalqının uzaq və yaxın keçmişini peşəkarlıqla özündə əks etdirir.

Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi və araşdırmaçı-tədqiqatçı kimi də böyük şöhrət qazanmışdır. Bir sıra aşıq və şairlərin əsərlərini toplayaraq kitab şəklində çap etdirmişdir. Onun tədqiqatları və nəsr əsərləri Azərbaycan filoloji fikrinin və ədəbiyyatının inkişafına böyük töhvədir.
Xalqına və torpağına bağlı olan vətənpərvər yazıçı 1979-cu ildə kitablarından qazandığı qanorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib.
Zəngin yaradıcılıq yolu keçmiş yazıçı bir çox dövlət mükafatlarına layiq görülmüş, haqqında iki telefilm çəkilmişdir.
Əzizə Cəfərzadə 2003-cü ildə, 82 yaşında vəfat edib və öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib.

Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə
Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə