YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB

siyaset
15-12-2023, 12:15 631
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİBYeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Oxu.Az-ın məlumatına əsasən, iclasda YAP-ın növbədənkənar prezident seçkisində namizədi müəyyən edilib.

YAP İdarə Heyəti qərara alıb ki, Prezident İlham Əliyev YAP-ın seçkidəki namizədi olsun.





09:56
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
Oxu.Az bildirir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək iclas saat 10:00-da başlayacaq.
Qeyd edək ki, iclasda YAP-ın prezidentliyə namizədi müəyyən ediləcək.

Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.