QOBUSTAN TOPLUSU-ÜZEYİR HACIBƏYOVUN 138 İLLİYİ

medeniyyet
18-09-2023, 13:56 2853
QOBUSTAN TOPLUSU-ÜZEYİR HACIBƏYOVUN  138 İLLİYİ Bu gün Azərbaycan milli opreasının banisi, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, ictimai xadim, pedaqoq Üzeyir Hacıbəyovun doğum günüdür.

18 sentyabr 1885-ci ildə, Ağcabədidə anadan olan Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada ikillik rus-türk məktəbində almış və sonradan Qori Müəllimlər Seminariyasında oxuyarkən burada Avropa musiqi klassiklərinin əsərləi ilə tanış olaraq skripkada çalmağı, xalq mahnı nümunələrini nota köçürməyi öyrənmişdir.
Bir çox musiqili komedyaların, instrumental müşaiyətli xor əsərlərinin müəllifi olan korifey bəstəkar Üzeyir Hacıbəyov İlk dəfə 1918-ci il yanvarın 25-də səhnəyə qoyulan "Leyli və Məcnun" operası ilə müsəlman Şərqində opera sənətinin əsası qoymuş və bunun ardınca “Koroğlu”, “Şeyx Sənan”, "Rüstəm və Söhrab”, "Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, "Harun və Leyla" operalarını yazaraq Azərbaycan musiqisini bütün dünyaya tanıtmışdır.
Azərbaycan ictimai-mədəni mühitinin tələbatını dərindən duyub-anlayan Üzeyir Hacıbəyov Həsən bəy Zərdabini məktəbini davam etdirərək “Kaspi”, “Həyat”, “İrşad”, "Tərəqqi", “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində müxtəlif ləqəblərlə dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Respublikamızda hər il Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir.

"QOBUSTAN TOPLUSU"