İsmayıllıda çəkiliş anında qaya parçaları yola töküldü - VİDEO

gundem
1-06-2023, 14:01 890
İsmayıllıda çəkiliş anında qaya parçaları yola töküldü - VİDEOİsmayıllı-Lahıc yolunda çəkiliş aparan qrup çətinlik yaşayıb.
Belə ki, ötən axşam təbii fəlakət nəticəsində Nazmazgah kəndindən Lahıc qəsəbəsinə gedən istiqamətdə böyük bir qaya parçası yola düşüb və hərəkət məhdudlaşıb.

Yolun bağlanması səbəbindən həm kəndlilərin, həm də rayondan kəndə gələnlərin bu istiqamətdə hərəkəti mümkünsüzləşib.
Baku TV-nin əməkdaşları ərazidə çəkiliş apararkən qaya parçaları yenidən yola tökülüb.
Qeyd edək ki, iyunun 1-də, saat 12 radələrində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrliyində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Ətraflı videonu təqdim edirik: