Reabilitasiya Mərkəzinə gəlib arvadını döydü

gundem
31-05-2023, 17:41 675
Reabilitasiya Mərkəzinə gəlib arvadını döydüBakının Nərimanov rayonunda yerləşən Uşaq Reabilitasiya Mərkəzində insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Türkiyə vətəndaşı Mehmet A. mərkəzə gələrək orada rəhbər vəzifədə çalışan həyat yoldaşı, 1985-ci il təvəllüdlü G.A.-ya hücum edib.

G.A. hadisə ilə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edib. O bildirib ki, həyat yoldaşı mərkəzə gələrək qısqanclıq zəminində onu döyüb.
Müraciətlə bağlı araşdırmalar aparılır.