Sabirabadda iki qadın vuruldu

hadise
11-09-2015, 13:59 970
Sabirabadda iki qadın vuruldu Ölən var.
Sabirabadda iki piyadanın vurulması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 10-da saat 19:00 radələrində Sabirabad şəhərində rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub.
Sürücü və piyadalar xəstəxanaya yerləşdirilib.
Piyadalardan A.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Sürücü və digər piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib və buraxılıblar.
BDYPİ tərəfindən araşdırma aparılır.