Kişi bacısının ərini bıçaqladı

hadise
11-09-2015, 10:54 841
Kişi bacısının ərini bıçaqladı Tərəflər arasında mübahisə 4 ildir ki davam edir.
Şəkidə bıçaqlanma baş verib. Hadisə rayonun Oxud kəndində qeydə alınıb.
Kənd sakini Elman İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, Azər Ələfsər oğlu Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində 1968-ci il təvəllüdlü həmkəndlisi Mustafa Mürsəl oğlu İsmayılovu bıçaqlayıb.
Yaralı dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Bıçaqlanan şəxs Azər Məmmədovun bacısının əridir və tərəflər arasında mübahisə 4 ildir ki davam edir.