Azərbaycanın yüzlərlə tankı döyüşə hazır vəziyyətə gətirildi

sosial
10-09-2015, 10:13 883
Azərbaycanın yüzlərlə tankı döyüşə hazır vəziyyətə gətirildi Zakir Həsənov tank qoşunlarına “Həyəcan” siqnalı verdi.
Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata görə, “həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları toplanma rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə uyğun, müəyyən edilmiş normalara riayət edilməklə müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.