Maskalı şəxs mağazaya balta ilə basqın edib

hadise
9-09-2015, 18:44 1143
Maskalı şəxs mağazaya balta ilə basqın edib Bu gecə Sumqayıtdakı elektronika mağazalarından birinə basqın olub. Realfakt.az-ın məlumatına görə, şəhərin mərkəzində Sülh küçəsində yerləşən mağazanın şüşələrini balta ilə sındıran maskalı şəxs bir neçə mobil telefonu talayaraq uzaqlaşıb.