Rusiya Azərbaycana tanklar, artilleriya qurğuları və alov saçan sistemlər satır

sosial
9-09-2015, 14:33 908
 Rusiya Azərbaycana tanklar, artilleriya qurğuları və alov saçan sistemlər satır Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.
Bu barədə Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzi bildirib.
“Rosoboroneksport” şirkətinin baş direktorunun müavini İqor Sevastyanov isə Rusiya texnikası və silah-sursatına olan xarici sifariş portfelinin 12 milyard dolları keçdiyini bildirib.
Qeyd edək ki, bu gün Rusiyanı Nijni Taqil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib. Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur