Hillari Klinton səhvini etiraf edib üzr istədi

dunya
9-09-2015, 13:45 849
Hillari Klinton səhvini etiraf edib üzr istədi ABŞ prezidentliyinə Demokratlar Partiyasının real namizədlərindən olan Hillari Klinton ölkə ictimaiyyətindən üzr istəyib. Klinton dövlət katibi olarkən dövlət əhəmiyyətli sənədlərin gönədrilməsi zamanı öz şəxsi elektron ünvanından istifadə etməsini səhv addım adlandırıb.
“Bu, səhv idi. Buna çox təəssüf edirəm. Məsuliyyəti öz üzərimə götürürəm”,- Demokratlar Partiyasından prezidentliyə namizəd olan xanım Klinton “ABC” telekanalına müsahibəsində deyib.
Maraqlıdır ki, ötən bazar ertəsi Hillari Klinton baş verənlərə görə üzr istəmək fikrində olmadığını demişdi.