60 yaşlı balıqçı dənizdə batdı

hadise
13-08-2015, 09:50 832
60 yaşlı balıqçı dənizdə batdı Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 60 yaşlı Xeyrulla Şamo oğlu Məmmmədov Xəzər dənizinin Neftçala rayonu hissəsində batıb.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də axşam saatlarında baş verib. Baş Mil-Muğan kollektorunun Xəzərə tökülən hissəsində balıq tutan X.Məmmədov hava isti olduğundan çimmək qərarına gəlib. Bu da onun dənizdə boğulması ilə nəticələnib.
Mərhumun cəsədi yaxınlıqda balıq tutan şəxslərin köməkliyi ilə dərhal sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.