Dünya Çempionatında Rusiyaya hörmətsizlik

idman
9-09-2015, 10:25 977
Dünya Çempionatında Rusiyaya hörmətsizlik Güləş üzrə Dünya Çempionatının təşkilatçıları mükafatlandırma mərasimi zamanı Rusiya Federasiyasının dövlət himnini səhv salıblar. 75 kq çəkidə mübarizə aparanlar arasında birinci yeri qazanan Roman Vlasovun mükafatlandırıldığı an müasir Rusiya himni deyil, Mixail Qlinkanın bəstəsi olan köhnə himn səsləndirilib. Qısa fasilədən sonra təşkilatçılar öz səhvlərini düzəldiblər.