Erməni yazar: “NATO Ərdoğanı devirməlidir”

dunya
9-09-2015, 10:22 976
Erməni yazar: “NATO Ərdoğanı devirməlidir” "Armenian Vekli” qəzetində nəşr olunan məqaləsində erməni yazar Harut Sassounian Türkiyə Prezidenti Ərdoğana tarixi erməni nifrətini ifadə edib. Axar.az xəbər verir ki, o, Ərdoğanla bağlı ABŞ və NATO-ya müraciət edib: “Ərdoğan kürdlərin əsrlərdir xəyalında olduqları müstəqil Kürdüstan planını məhv etməyə çalışır. Eyni zamanda Suriya, İraq və Türkiyədə kürdlərə qarşı qanlı hücumlar təşkil edərək, 1 noyabr seçkilərində partiyasına yenidən parlamentdə üstünlük qazandırmağa çalışır. Lakin Ərdoğan üçün kürdlərə qarşı təşkil olunan hücumlar əks effekt verdi. Ərdoğan gələcək həftələrdə əlacsız şəkildə daha çox hiyləyə əl ata bilər. O, seçkilərdə xalqın dəstəyini ala bilmədikdə Şərqi Anadoluda hücumların artması əmrini verə, ardınca isə daxili qarşıdurma bəhanəsi ilə ölkədə fövqəladə vəziyyət elan edə bilər. Daha sonra isə parlament təxirə salınıb, ölkə teokratik Osmanlı kimi dəmir yumruqla idarə oluna bilər. ABŞ və onun NATO müttəfiqləri hər şeyi məhv etmədən bu canavarı dayandırmalıdır. Obama administrasiyası keçmiş Müdafiə naziri Erik Edelmanın tövsiyələrinə əməl etməli və Türkiyənin ali tədbirlərə qatılmasını məhdudlaşdırmalıdır. Bütün bu tövsiyələr 1 noyabr seçkilərindən əvvəl tətbiq olunmalıdır”.