Yaqut Qarayeva: “Aprel ayının ortasından yoluxma faizi 10 faizdən aşağı düşməyə başlayıb”

gundem
25-05-2021, 12:53 1068
Yaqut Qarayeva: “Aprel ayının ortasından yoluxma faizi 10 faizdən aşağı düşməyə başlayıb” “Təəssüf ki, Azərbaycanda koronavirusdan yoluxmaların sayının azalmasına baxmayaraq ölüm halları ilə hələ də rastlaşırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, ölkəmizdə COVID-19-a yoluxmaların azalmasında müsbət dinamika davam edir:
“Aprel ayının ortasından etibarən yoluxmanın nisbəti 10 faizdən aşağı düşməyə başlayıb. Son günlər bu rəqəm 5, 4, 3 faizə enir ki, bu da müsbət göstəricidir”.
O əlavə edib ki, il ərzində olduğu kimi qadınlar arasında yoluxma daha çox olub:

“Bir il ərzində yaş qrupları arasında ciddi dəyişik olmayıb. 30-69 yaş arası qruplarda yoluxma hallarına daha çox rast gəlinir”.