Almaniyadan Türkiyə şəhidlərə böyük hörmətsizilik

idman
9-09-2015, 09:51 868
Almaniyadan Türkiyə şəhidlərə böyük hörmətsizilik Türkiyə baskidbolçuları şəhidlərin ruhunu yad edən zaman yarış təşkilatçıları salonda musiqi səsləndiriblər.
Almaniyada keçirilən “Basketbol 2015” yarışında Türkiyə şəhidlərinə hörmətsizlik edilib.
Türkiyə basketbolçuları şəhidlərin ruhunu 1 dəqiqəlik sükütla yad edən zaman yarış təşkilatçıları salonda musiqi səsləndiriblər.
Bu hadisə türk tamaşaçılar və basketbolçular tərəfindən etirazla qarşılanıb.
Qarşılaşmanı 13 mindən çox tamaşaçı izləyib. Türk azarkeşlər öz oyunçularına dəstək verərək “Şəhidlər ölməz, vətən bölünməz” və “Türkiyə sizinlə fəxr edir” kimi şuarlar səsləndiriblər.
Son günlər ölkədə baş verən terror hadisələri ilə əlaqədar Türkiyə basketbolçuları oyun zamanı şəhidlərə hörmət əlaməti olaraq meydana qollarında qara lentlə çıxıblar.
Oyun Almaniyanın paytaxtı Berlin şəhərində keçirilib.
Sentyabrın 7-də Hakkarinin Dağlıca-Yüksekova rayonunda 16 əsgərin şəhid olması və bir çoxunun yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Hadisədən sonra başladılan irimiqyaslı əməliyyatlarda Türkiyə hərbi hava qüvvələrinə aid 35 F-16 və 18 F-4 döyüş təyyarəsi İraqın şimalına Qandil böləsinə qaçan terrorist qrupunu havadan bombalayıb.
Həmçinin oxuyun: Türkiyə 16 şəhidin intiqamını aldı