Bakıda tıxacların həlli yolu tapıldı

sosial
8-09-2015, 16:40 981
Bakıda tıxacların həlli yolu tapıldı Sentyabrın 15-dən nəqliyyatda yeniliklər olacaq
Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yaranan tıxacların həlli yolları tapılıb.
ANS TV-nin məlumatına görə, Baş nazirin müavini Abid Şərifov bildirdi ki, rayon qeydiyyatında olan maşınlar gündüz saatlarında paytxt ərazisinə buraxılmayacaq. Bu məqsədlə xüsusi dayanacaqlar istifadəyə veriləcək.
İsitifadəyə verilən dayanacalqar əhaliyə tam pulsuz olaraq təklif olunur. Rayon qeydiyyatında olan maşınlar paytaxtda buraxılmayacaq. Onlar bu dayanacaqlardan yararlana bilərlər. Yəni paytaxta gəlmək istəyənlər avtomobillərini burada saxlayıb özləri isə avtobus vasitəsilə Bakıdakı işlərini həll edə bilərlər.