Millinin üzvü “Azəryol” voleybol komandasında

idman
8-09-2015, 10:01 953
Millinin üzvü “Azəryol” voleybol komandasında Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası növbəti transferini rəsmiləşdirib. Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ölkəmizi təmsil edəcək “Azəryol” komandası millimizin üzvü Katerina Jidkovanı heyətinə cəlb edib.
CEV kuboku yarışlarının onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq “Azəryol” Rumıniyanın “Tarqovişte” kollektivi ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun oktyabrın 27/29-da, cavab qarşılaşması isə noyabrın 10/12-də keçiriləcək.