SOCAR Belarusa 94 min ton neft göndərəcək

iqtisadiyyat
25-08-2020, 22:11 1380
SOCAR Belarusa 94 min ton neft göndərəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa 94 min ton neft tədarük edəcək.

TASS xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilib:

“Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”.

Xatırladaq ki, bu ilin martında SOCAR Belarusa iki tanker Azərbaycan nefti göndərmişdi.