Fikrət Qoca – 85

gundem
24-08-2020, 23:18 2930
Fikrət Qoca – 85







Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın Xalq şairi Fikrət Qocanın 85 illiyi münasibətilə, şairə zəng edib.
Dövlətimizin başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Cənab İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək, onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

“Gənclik” nəşriyyatı, Əməkdar mədəniyyət işçisi Adil Abdullayev başda olmaq şərtilə və realfakt.az saytının əməkdaşları Fikrət Qocanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.

Fikrət Qoca – 85 AZƏRBAYCAN
Vətən - candı, bütöv birdi.
Müqəddəsdi, pirdi, sirdi...
Hər bir şeyin bir həddi var,
Dağın-düzün sərhəddi var,
Bacı-qardaş arasında
"Sizin" - "bizim" sərhəddi var.
Alnımızın qoruğunda
Qaşla gözün sərhəddi var.
İki üzün arasında
Gözlə gözün sərhəddi var.
Hər sifətdə iki üz var,
Üzlə üzün sərhəddi var.
Dilin-dişin arasında
Sözlə sözün sərhəddi var.
Azərbaycan deyəndə biz
Heç bilmədən "can" - deyirik!
Təki ürək bütöv olsun,
Ürəkdə qan bütöv olsun,
Ruhumda can bütöv olsun!
Hər bir vətən övladında
Azərbaycan bütöv olsun!!!
Bizi heç kəs bölə bilməz!
Birlik - Ruhdur ölə bilməz!
Odlar oğlu bir-birinə
Harda olsa can deyəcək
Ürəkdən candan deyəcək.
Od oğlunun adıdır can.
Onun böyük ürəyinin
Bayrağıdır Azərbaycan.


SINAQLAR

Gərgindir əsəblərim,
Bir kaman telləritək.
Əl vursan, dillənəcək.
Nəbzim kimi döyünüb,
Əqrəblər gəlir, keçir.
Qayçı kimi görüşür,
Zamanı ölçür, biçir.
Saat-saat ölçülür,
İnsanın ömrü-günü.
Eşidirəm saatda,
Bizim qoca dünyanın
Nəbzi döyündüyünü.
Zaman ağırdan-ağır...
İçdiyimiz suya da
Adam bir təhər baxır,
Ölümdən yapışıbdır
Köhnə dünyanın əli.

Fikrət Qoca – 85






Realfakt.az