Bakıda restoranın kassası qarət edildi

sosial
22-08-2020, 11:16 1163
Bakıda restoranın kassası qarət edildi
Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda naməlum şəxs restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.