İspaniyada hoteldə güclü yanğın: Ölən və yaralananlar var - FOTO/VİDEO

dunya
21-08-2020, 16:14 1129
İspaniyada hoteldə güclü yanğın: Ölən və yaralananlar var - FOTO/VİDEO
İspaniyanın Marbella kurort şəhərində yerləşən “Sisu Boutique Hotel”də güclü yanğın baş verib.

Bu barədə “Diario Sur” nəşri xəbər yayır.

Yanğın nəticəsində bir nəfər əcnəbi vətəndaş ölüb, 10 nəfər yaralanıb.

Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib.

Xilasedicilər hadisə yerindədir. Yanğın səbəbindən qonşu bina da boşaldılmalı olub.

Hadisə baş verən zaman hoteldə yüzə yaxın adamın olduğu bildirilir.

Yanğınsöndürənlər binada kiminsə qalıb-qalmadığını yoxlayırlar. Yanğının səbəbləri hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, yanğın başlamazdan əvvəl partlayış səsi eşidilib.