Audit “Azəriqaz”ın fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib

sosial
21-08-2020, 15:51 1255
Audit “Azəriqaz”ın fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib
“Azəriqaz” İstehsalat Birliyinin (İB) idarəetmənin təkmilləşdirilməsi üzrə təkliflər verilib.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələri “Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə keçirilən auditi yekunlaşdırıb.

Bununla əlaqədar müştərilərlə bilavasitə ünsiyyətdə olan struktur bölmələrin iştiraki ilə keçirilən görüşdə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, 2015-ci ildən Birlikdə tətbiq olunan ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartının tələbləri daima gözlənilib və bu standartın tətbiqi müştəri məmnunluğunun yüksəldilməsinə təkan verib.

Daha sonra Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin keçirdikləri auditin nəticələrinə dair müzakirələr aparılıb və idarəetmənin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürülüb.

Bildirilib ki, müştərilərlə bilavasitə ünsiyyətdə olan Birliyin əməkdaşları davamlı təlimlərə cəlb edilməli, müraciətlərin məzmununa uyğun olaraq analizlər aparılmalı, müştəriyə geri dönüş imkanları artırılmalı və təkrarlanan müraciətlərin yaranma səbəbləri müzakirə edilməlidir.

Qeyd edək ki, Türk Standartları İnstitutunun keçirdiyi audit zamanı Birliyin fəaliyyətində hər hansı uyğunsuzluq aşkar edilməyib.