Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı - VİDEO

sosial
19-08-2020, 17:52 702
Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı - VİDEO

Tovuz döyüşləri ərəfəsində Moskvada həmyerlimizə qarşı edilən qanunsuzluğa görə Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən azad olunub.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün “Facebook” səhifəsində məlumat yayıb.

O qeyd edib ki, bununla bağlı Rusiyada fəaliyyət göstərən vəkillər Suriyə Rzayeva və Nəriman Ağasıyeva müraciət edib: “Dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı. Və Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən çıxarılıb. Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.