Xırdalanda motosiklet piyadanı xəstəxanalıq etdi

hadise
17-08-2020, 00:38 1123
Xırdalanda motosiklet piyadanı xəstəxanalıq etdiAbşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Qədir oğlunu hərəkətdə olan motosiklet vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır