Millimiz növbəti sınaq qarşısında

idman
6-09-2015, 12:40 926
Millimiz növbəti sınaq qarşısında Oyun Avstriyalı hakimlər briqadası idarə edəcək.
Bu gün Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
ANS PRESS-in verdiyi məlumatına görə, millimiz səfərdə Malta ilə qarşılaşacaq.
Sentyabrın 3-ü Xorvatiya ilə keçirilən oyundan heç-heçə ilə ayrılan Robert Prosineçkinin yetirmələrinin əhval-ruhiyyəsi olduqca yüksəkdir.
Malta ilə oyun öncəsi təlim məşq
Azərbaycanlı azarkeşlərin də Malta ilə oyunda qələbəsini gözlədiyi millimiz uğur qazanacağı təqdirdə xallarının sayını 8-ə çatdıracaq.
Oyun sentyabrın 6-sı Bakı vaxtı ilə saat 21:00-da Maltanın Ta Qali stadionunda keçiriləcək
Oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Harald Lexner, yan xətt hakimləri Maksimilian Kolbitş və Andreas Ştaudinger, dördüncü hakim isə Andreas Haydenrayx olacaq.
Millimizin yer aldığı H qrupunun digər oyunları isə aşağıdakı kimi olacaq:
6 sentyabr
21:00 Norveç - Xorvatiya
23:45 İtaliya - Bolqarıstan
Millimiz 3 gün əvvəl Xorvatiya ilə doğma meydanda qarşılaşmışdı. 0-0 hesablı heç-heçədən sonra milli komandamız qrupda xallarının sayını 5-ə yüksəltmişdi.
Xorvatiya və Azərbaycan milli komandaları arasında keçən il oktyabrın 13-də Osiyekdə baş tutan oyunda meydan sahibləri 6:0 hesablı qələbə qazanmışdı. Həmin matçdan sonra millimizin baş məşqçisi Berti Foqts istefa vermişdi.