Bakının Sabunçu rayonunda yol təmiri ilə əlaqədar sürücülər üçün məhdudiyyət tətbiq olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 8-i saat 20:00-dan etibarən Sabunçu rayonunda Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar sözügedən yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. Sürücülərdən yolda sıxlıq yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 





Paylaş