Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıya səfər edəcək.

 "Anadolu" agentliyinə istinadən  bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hakan Fidan oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edəcək.

Məlumata görə, sammitdə yekun sənəd kimi xidmət edəcək "Bakı Bəyannaməsi" və "Əməyin Təhlükəsizliyi və Sağlamlığı Sahəsində Əməkdaşlıq haqqında Bəyannamə"nin qəbul edilməsi və Laosun yeni üzv kimi qəbul edilməsinin elan olunması gözlənilir.

Paylaş