Qusarda əmək yarmarkası keçirilib

sosial
5-09-2015, 20:50 886
Qusarda əmək yarmarkası keçirilib Yarmarkada 29 dövlət və özəl müəssisə 338 iş yeri çıxarıb.
Qusarda əmək yarmarkası keçirilib. Ən çox iş yeri özəl şirkətlərdən çıxarılıb.
ANS TV-nin məlumatına görə, Qusarda baş tutan yarmarkaya 29 dövlət və özəl müəssisədən 338 iş yeri çıxarılıb.
Qusar məşqulluq mərkəzinin direktoru Sultanəhməd Eldarovun sözlərinə görə, rayonda 37 həkim, 52 müəllim yeri boşdur. Bu ixtisaslar üzrə işləmək istəyənlər yarmarkada sadəcə olaraq iş yerlərilə tanış ola bilərlər.
Onun sözlərinə görə, namizədlər nazirlikdə testdən keçməlidirlər, imtahan verməlidirlər. "İmtahan verəndən sonra onlar işə girə bilərlər”.
Qusar Məşğulluq Mərkəzindən o da məlumat verildi ki, yarmarkaya ən çox özəl müəssisə iş yeri çıxarıb ki, bu sahələr üzrə əmək haqqı 110 manatdan 500 manatadək dəyişir.
İki saata qədər davam edən yarmarkanın gedişində özünə iş tapanlar da özəl müəssisələrdən idi.
İş axtaran Ruslan Sərdarov deyir ki, mühəndisdir, ixtisasına uyqun iş axtarır, CV-ni də təqdim edib, inşallah iş tapılar.
Yarmarkanın gedişində bu gün 62 nəfərə müxtəlif müəssisələrə göndəriş verilib. 14 nəfər isə xalçaçılıq kursunda oxumaq üçün qeydə alınıb.